05:31 13 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0252
  • EUR1.9245
C-300

Vəziyyət dəyişir: Suriyaya “S-300” raket komplekslərinin tədarükü başlayıb

© Sputnik / Ulyana Solovyeva
DÜNYA
Qısa URL
151 0 0

Lavrov Rusiya, Türkiyə və İranın Suriya məsələsində 100 faiz həmfikir olmasa da, terrorla mübarizə və Suriyanın bütövlüyü məsələsində birlikdə olduqlarını diqqətə çatdırıb

BAKI, 29 sentyabr — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın Suriyaya S-300 zenit-raket komplekslərinin tədarükünə başladığını bildirib.

Sputnik Azərbaycan "NTV"yə istinadla xəbər verir ki, Lavrov bunu BMT Baş Assambleyasının 73-cü sessiyasının yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

Lavrov Rusiya, Türkiyə və İranın Suriya məsələsində 100 faiz həmfikir olmasa da, terrorla mübarizə və Suriyanın bütövlüyü məsələsində birlikdə olduqlarını diqqətə çatdırıb. O, Astana əməkdaşlıq formatının son dərəcə faydalı olduğunu bildirib.

Qeyd edək ki, sentyabrın 24-i Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib ki, onun ölkəsi iki həftə ərzində Suriyaya "S-300" raket əleyhinə kompleksləri təqdim edəcək. "Bu komplekslər 250 kilometrdən artıq məsafədə olan hava hücumu vasitəsini tutmaq və eyni zamanda bir neçə hava hədəfini vurmaq qabiliyyətinə malikdir" – deyə Şoyqu vurğulayıb.

Rusiya müdafiə nazirinin sözlərinə görə, "S-300" Suriya Hava Hücumundan Müdafiə qüvvələrinin imkanlarını artıracaq. Şoyqu xatırladıb ki, Rusiya 2013-cü ildə Dəməşqə "S-300" komplekslərinin çatdırılmasını dayandırsa da, vəziyyət artıq dəyişib və bu, Moskvanın günahı üzündən baş verməyib.

Xatırladaq ki, Suriyanın Xmeymim əyalətində yerləşən Rusiya hərbi bazasının komandanlığı sentyabrın 18-i 00:00 radələrində Hava-Kosmik Qüvvələrinin "İl-20" təyyarəsi ilə əlaqəni itirib. Ekipajla əlaqə Aralıq dənizində, Suriya sahillərindən 35 kilometr aralıda itib.

Rusiya Müdafiə Nazirliyi qeyd edib ki, "İl-20" təyyarəsi İsrailə məxsus 4 ədəd "F-16" qırıcısının Suriyanın Latakiya bölgəsində uçuşlar həyata keçirdiyi zaman yoxa çıxıb.

Rəsmi Moskva hadisənin İsrailin məsuliyyətsiz davranışı və təhlükəli vəziyyət yaratması ucbatından baş verdiyini bəyan edir. İsrail tərəfi isə təyyarənin Suriyaya məxsus raket tərəfindən vurulduğunu iddia edir. Hadisə Moskva ilə Təl-Əviv arasında diplomatik gərginlik yaradıb.

Rusiya həmçinin, İsrailə cavab vermə hüququnu özündə saxladığını bildirmişdi.

Əlaqədar

İran Rusiyadan aldığı “S-300” komplekslərini nümayiş etdirib
Rusiya İrana S-300 raketi göndərdi
Rusiya Suriyada İsraili necə "cilovladı" – Detallar açıqlandı
Rusiya Suriyanı ağuşuna alır, ciddi müdafiə hazırlıqları aparılır
Türkiyə-Rusiya razılaşması Suriyaya nə vəd edir - politoloq şərhi
Suriyada yoxa çıxmış Rusiya kəşfiyyat təyyarəsinin axtarışları nəticə vermir
Teqlər:
xarici işlər naziri Sergey Lavrov, S-300, Sergey Şoyqu, Suriya, Rusiya

Əsas mövzular