BAKI, 8 sentyabr — Sputnik. Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi zirehli texnikalar Suriya ilə sərhədə göndərilib.
Sputnik Azərbaycan Modern.az-a istinadən xəbər verir ki, zirehli texnikaları daşıyan hərbi maşınlar Hatay bölgəsinin Reyhanlı mahalına çatıb.
Təhlükəsizlik tədbirləri altında irəliləyən hərbi maşınlar sərhəddəki birliklərə kömək məqsədi ilə göndərilib.