16:40 20 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9459
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan (solda)  və Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçataryan

Ermənistanda görünməmiş qalmaqal – 8 dəqiqəlik səs yazısı

© Sputnik / Aram Nersesyan
DÜNYA
Qısa URL
394 0 0

Vanetsyan və Xaçatryan 8 dəqiqəlik səs yazısında sabiq prezident Rober Koçaryanın həbsini, həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) rəhbəri Yuri Xaçaturov və sabiq müdafiə naziri Mikael Arutyunyana qarşı cinayət işini müzakirə ediblər

BAKI, 11 sentyabr — Sputnik. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan bu dəqiqələrdə mətbuat konfransı keçirir. Bu barədə Sputnik Ermənistan xəbər verir.

Ermənistanın baş naziri Nikol Paşinyanın bir müddət öncə dediyinə görə, Vanetsyan qalmaqallı telefon danışığı ətrafında qalmaqala aydınlıq gətirəcək.

Qeyd edək ki, daha əvvəl sosial şəbəkələrdə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan və Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçatryan arasında telefon danışığı yayılıb. 

"Buna biz geri qayıdacağıq. İndi isə mən başqa şey barədə danışmaq istəyirəm. Kim və nə üçün? Hansi siyasi məqsədlə?", — deyə Paşinyan qeyd edib.

Onun sözlərinə görə, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan və Xüsusi İstintaq Xidmətinin rəisi Sasuna Xaçataryan siyasi sabotaj məqsədi ilə dinlənə bilər.

"Martın 1-də insanların ölümündə günahkar olan bütün şəxslər məhkəmə qarşısında cavab verəcək. Qarətlə məşğulun hər kəs qarət etdiklərini geri qaytarmalıdır. Robert Koçaryan, Serj Sarqsyan, Ovik Abramyan, Manvel Qriqoryan, Taron Markaryan, Qaqik Xaçataryan… Müxtəlif ölçülü məmurlar – onlar hamısı vaxtın yetişdiyini bilir və onların hamısı buna mane olmaq istəyir", — deyə Paşinyan bildirib.

Xatırladaq ki, Vanetsyan və Xaçatryan 8 dəqiqəlik səs yazısında sabiq prezident Rober Koçaryanın həbsini, həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) rəhbəri Yuri Xaçaturov və sabiq müdafiə naziri Mikael Arutyunyana qarşı cinayət işini müzakirə ediblər.

Əlaqədar

Putin Ermənistanla əlaqələr barədə danışdı
Ermənistan-Türkiyə sərhədindən müdhiş xəbər yayıldı, təhlükəsizlik tədbirləri artırılır
Gürcüstan və Ermənistandan Azərbaycana təhlükə ixrac olunur
Merkelin Ermənistana səfəri başlayıb

Əsas mövzular