BAKI, 8 sentyabr — Sputnik. Rusiya və Ermənistan arasında münasibətlər bütün istiqamətlər üzrə inkişaf edir. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Ermənistan baş naziri Nikol Paşinyanla danışqılar zamanı bildirib.
Görüşün əvvəlində Putin ikitərəfli münasibətlərin xüsusi xarakter daşıdığını vurğulayıb: "Bu gün Rusiya və Ermənistan arasında münasibətlər bütün istiqamətlər üzrə inkişaf edir. Bu siyasi, hərbi, təhlükəsizlik məsələləri, iqtisadi əməkdaşlıq sahələrinə aiddir".
Rusiya prezidenti eyni zamanda energetika sahəsində əməkdaşlığı vurğulayaraq qeyd edib ki, Rusiya Ermənistana çox aşağı qiyməti – bir kub metr qaz üçün 150 dollara satır. O, həmçinin atom və istilik enerji sahələrinin də adını çəkib: "Metallurgiya və maşın düzəltmə sahələrində də əməkdaşlıq davam edir. Bizim danışılası məsələlərimiz var".
Putin qeyd edib ki, ötən il Rusiya və Ermənistan arasında ticarət dövriyyəsinin təxminən 30% artığını qeyd edərək bu il də bu göstəricilərin artacağına ümid etdiyini bildirib.