09:52 14 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0250
  • EUR1.9190
Tramp və Ərdoğan

Trampın Ərdoğana qarşı müharibəsinin əsl səbəbi bilindi, daha sərt addım gözlənilir

© REUTERS / Joshua Roberts
DÜNYA
Qısa URL
664710

Birləşmiş Ştatlar Türkiyə ilə böhranı daha da dərinləşdirəcək yeni addımlar atmağa hazırlaşır

BAKI, 6 avqust — Sputnik. ABŞ-ın Türkiyəyə qarşı başladığı müharibənin əsl mahiyyəti açıqlanıb. Belə ki, rahib Bransun ətrafında vəziyyəti bəhanə edərək ədliyyə və daxili işlər nazirlərinə qarşı tətbiq olunan sanksiyaların əsl hədəfi Türkiyənin iqtisadiyyatıdır.

Sputnik Azərbaycan "Haber 7"-yə istinadən xəbər verir ki, "Bloomberg" agentliyinin məlumatına görə, Ərdoğanın "çılğın layihələr" adlandırdığı layihələri həyata keçirən şirkətlərə qarşı sanksiyaların tətbiq oluna biləcəyi iddia edilir. Məlumata əsasən, Birləşmiş Ştatlar Türkiyə ilə böhranı daha da dərinləşdirəcək yeni addımlar atmağa hazırlaşır.

Belə ki, daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Abdülhəmid Gülə qarşı sanksiyalar tətbiqi barədə məlumatı rəsmi qərardan bir neçə gün öncə yayımlayan "Bloomberg" indi də daha bir iddia ilə çıxış edib. Bildirilir ki, indi də ABŞ hökuməti həm Türkiyə, həm də ölkə xaricində fəaliyyət göstərən iş adamlarına qarşı sanksiya tətbiq edərək rahib Bronson işində Ərdoğan hökumətinin geri addım atacağını düşünür.

Nəşr yazır ki, ABŞ Rusiyaya qarşı yürütdüyü siyasəti Türkiyəyə də tətbiq etmək niyyətindədir: "Türkiyədə hava limanları, körpülər və "Kanal İstanbul" layihəsinə 200 milyard dollardan artıq sərmayə yatırılıb. Həmçinin, Türkiyə banklarının 100 milyard dollardan artıq borcu var. Bu baxımdan, İrana qarşı sanksiyaların tətbiqi ilə Türkiyə iqtisadiyyatına daha ciddi zərbə vurula bilər".

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi Türkiyədə ev dustaqlığında olan ABŞ vətəndaşı rahib Endryu Bransonla bağlı Türkiyə daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Abdülhamit Gülə qarşı sanksiya tətbiq etməyə qərar verib. Sanksiyalarla sözügedən nazirlərin ABŞ-a girişi qadağan ediləcək.

ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bu məsələ ilə bağlı bəyanat verərək rahib Bransonun Türkiyədə istintaqa cəlb edilməsinin yolverilməz olduğunu bildirib.

Türkiyə tərəfinin bu bəyanatlara cavabı özünü çox gözlətməyib. Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın sanksiyalar barədə aqressiv bəyanatlarına qarşı hər cür tədbirləri görməyə hazır olduqlarını bildirib. "Şübhəsiz ki, bu qərar hüquq və ədalət prinsiplərinə, ABŞ-Türkiyə münasibətlərinə ziddir" — deyə Türkiyə tərəfi bəyan edib.

Öz növbəsində prezident Ərdoğan ABŞ-ın daxili işlər və ədliyyə nazirlərinə qarşı analoji addım atılacağını vurğulayıb.

Onu da bildirək ki, ABŞ Senatında "F-35" beşinci nəsil qırıcı təyyarələrin Türkiyəyə tədarükünün qadağan edilməsi təsdiq olunub. Bu qərar ABŞ Senatının Baş Assambleyasında təsdiqlənib. Bundan sonra sənəd təsdiqlənməsi üçün ABŞ prezidenti Donald Trampa göndəriləcək. Prezident sənədi imzalayarsa, Türkiyəyə qarşı "F-35" sanksiyası da qüvvəyə minəcək. Məlumata görə, Trampın "F-35" məsələsində Türkiyəyə güzəştə gedəcəyi ehtimalı çox azdır.

Əlaqədar

Türkiyədən ABŞ-a qarşı daha bir tələb
ABŞ-dan Türkiyəyə xəbərdarlıq: Sanksiyalar ciddi olduğumuzu göstərir
ABŞ-ın Türkiyəyə qarşı məkrli planının üstü açıldı
Türkiyədən ABŞ-ın sanksiya qərarına maraqlı cavab
ABŞ Senatı Türkiyəyə qarşı sanksiya qərarı qəbul edib
Teqlər:
sanksiya, rahib Endryu Branson, Türkiyə, ABŞ

Əsas mövzular