16:10 14 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8752
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi, 9 iyul 2018-ci il

Ərdoğanın andiçmə mərasimində qalmaqal – VİDEO

© Photo : Kayhan Ozer / Presidential Palace / Handout via REUTERS
DÜNYA
Qısa URL
801 0 0

CHP, İYİ, HDP-li millət vəkilləri Ərdoğanı alqışlamaq üçün ayağa qalxmayıb

BAKI, 9 iyul — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın inauqurasiya mərasimi keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, Türkiyə Böyük Millət Məclisində (TBMM) keçirilən mərasimi 22 prezident, 28 baş nazir və parlament sədri, həmçinin 6 beynəlxalq təşkilatın baş katibi izləyib.

"Türkiyə Cümhuriyyətinin şan və şərəfini qorumaq, ucaltmaq və üzərimə götürdüyüm vəzifəni obyektivlə yerinə yetirmək üçün bütün gücümlə işləyəcəyimə, Böyük Türk Milləti və tarix hüzurunda namusum və şərəfim üzərinə and içirəm" — deyə Ərdoğan inauqurasiya mərasimində bildirib.

Maraqlı məqam bundan ibarətdir ki, CHP, İYİ, HDP-li millət vəkilləri Ərdoğanı alqışlamaq üçün ayağa qalxmayıb.

Bundan sonra Türkiyənin himni səsləndirilib.

Andiçmə mərasimindən sonra Ərdoğan Mustafa Kamal Atatürkün məzarı – Anıtkabiri ziyarət etməyə gedib. Bu mərasimdən sonra isə inauqurasiya mərasiminə qatılacaq qonaqların şərəfinə ziyafət veriləcək.

Qeyd edək ki, Türkiyə prezidenti andiçmə mərasimindən sonra ilk xarici ölkə səfərini sabah Azərbaycana edəcək.

Xatırladaq ki, Türkiyədə iyunun 24-də növbədənkənar prezident və parlament seçkiləri keçirilib. Seçkilərə Milliyyətçi Hərəkat Partiyası (MHP) və Böyük Birlik Partiyası (BBP) ilə ittifaq hallında gedən Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Rəcəb Tayyib Ərdoğan 52.5% səs toplayaraq ilk turda yenidən prezident seçilib.

Onun əsas rəqibi Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə isə 31% səs toplaya bilib. Xalqların Demokratik Partiyasının (HDP) namizədi Səlahəddin Dəmirtaş 8,2%, keçən ilin payızında qurulan İYİ Partiyanın namizədi Meral Akşener 7,4%, Səadət Partiyasının namizədi Temel Karamollaoğlu 0,9%, Vətən Partiyasının sədri Doğu Perinçek isə 0,2% səs toplayıb.

Vladimir Putin seçki məntəqəsində, 18 mart 2018-ci il
© Photo : Yuri Kadobnov / POOL via Reuters

Parlament mandatı uğrunda aparılan seçki mübarizəsində də AKP-MHP-BBP-nin qurduğu "Cümhur İttifaqı" 53,6% səslə qalib gəlib. Müxalifət partiyalarının "Millət İttifaqı" adlı seçki bloku isə 34,1% səs toplaya bilib. 10%-lik baryeri dəf edən, heç bir blokda iştirak etməyən Xalqların Demokratik Partiyası 11.5% səs alaraq parlamentdə təmsil olunma hüququ qazanıb.

Millət vəkillərinin sayının 550-dən 600-dək artırılmasından sonra keçirilən ilk seçkidə AKP məclisdəki çoxluğunu itirərək 293 mandat qazana bilib. Ancaq seçkiyə MHP ilə ittifaq halında getdiyinə görə MHP-nin AKP ilə məclisdəki ümumi mandat sayı 339-a yüksəlib ki, bu da faktiki olaraq məclis çoxluğunun təmin edilməsi deməkdir.

Ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının (22.74% — 146 mandat), HDP-nin (11.7% — 67 mandat) və İYİ Partiyasının (10.07 — 45 mandat) qurduğu ittifaq isə məclisdə çoxluğu ələ keçirə bilməyib.

Əlaqədar

Türkiyədə prezident və parlament seçkiləri keçirilir
Türkiyədə səsvermə başa çatdı, nəticələr tezliklə açıqlanacaq
Türkiyədə seçki mitinqində gözlənilməz olay: Prezidentliyə namizədi şok etdilər
Türkiyədə yeni hökumətin tərkibi açıqlanacaq
Teqlər:
Anıtkabir, inauqurasiya mərasimi, ziyarət, Türkiyə Böyük Millət Məclisi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, səfər, Azərbaycan

Əsas mövzular