Putinin andiçmə mərasimi ssenarisi açıqlandı

© Photo : Yuri Kadobnov / POOL via ReutersVladimir Putin seçki məntəqəsində, 18 mart 2018-ci il
Vladimir Putin seçki məntəqəsində, 18 mart 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Prezidentin mətbuat katibi Dmitri Peskov mərasimin ənənəvi qaydada keçiriləcəyini bildirib

BAKI, 6 may — Sputnik. Vladimir Putinin Rusiya prezidenti vəzifəsini icra etməyə başlaması mərasiminin ssenarisi açıqlanıb. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, prezidentin mətbuat katibi Dmitri Peskov mərasimin ənənəvi qaydada keçiriləcəyini bildirib.

Mərasim sabah saat 12-də başlayacaq. Mərasim başlayanda Putin Kremlin Birinci korpusundakı kabinetindən çıxaraq Böyük Kreml Sarayına gedəcək, Georgiyevsk və Aleksandrovsak zallarından keçərək Andreyevsk zalına daxil olacaq və and içəcək. Bundan sonra Böyük Kreml Sarayının Qırmızı qapısından Kilsə meydanına çıxacaq və Kreml polkunun paradını qəbul edəcək. Daha sonra Kremlin Blaqoveşensk kilsəsinə gedəcək.

Qonaqları Kilsə meydanının zal və saraylarında yerləşdirəcəklər.

Rusiyada prezident seçkiləri martın 18-də baş tutub. Putin 76,69 faiz səslə qalib gəlib.

Xəbər lenti
0