Taxt-tac təhlükədə: gəlinlər yola getmir

© AFP 2023 / Daniel LEAL-OLIVAS Şahzadələr Harri və Uilyam xanımları ilə
Şahzadələr Harri və Uilyam xanımları ilə - Sputnik Azərbaycan
Abunə olmaq
Yayılan söhbətlərə görə, Marklla Middlton heç cür ümumi dil tapa bilmir

BAKI, 5 iyul — Sputnik. Şahzadə Harri və Uilyam polo üzrə Audio Polo Challenge xeyriyyə matçında iştirak ediblər. Onlarla bərabər Coworth Park Polo Club-a Uels sarayının yeni gəlini Meqan Markl da gəlib. Onu eskortunda rəfiqəsi – tennisçi Serena Uilyams müşayiət eləyib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, Sasseks hersoginyasının kefi kök olub. O, rəfiqəsi və onun əri Aleksis Ohanyanla çoxlu söhbət edib. Markl ictimaiyyət arasına çıxmaq üçün Shoshanna Ashland-dan dama-dama sarafan seçib. Təbii parçadan tikilmiş havanın sirkulyasiya etməsi üçün xüsusi deşikləri olan sarafan daha çox ev xələtini xatırladıb. Markl həmçinin qara lentli ağ şlyapa və Sarah Flint Grear-dən səndəl geyinib.

Британский принц Гарри и Меган Маркл перед началом их свадебной церемонии в часовне Св. Георгия в Виндзорском замке недалеко от Лондона, Англия. 19 мая 2018 - Sputnik Azərbaycan
İlin nikahı baş tutdu: Şahzadə Harri aktrisayla evləndi

Sarafan Meqanın əyninə gözəl oturub. Lakin ictimaiyyət o fikirdədir ki, şahzadənin xanımı adam içinə bu görkəmdə çıxmamalıdır. Britaniyalılar sosial şəbəkələrdə yazıblar ki, sadə Markl növbəti dəfə özünü biabır edib.

Bununla belə, Meqan matça əbəs yerə gəlməyibmiş. Onun gəlişi şahzadə Harrinin komandasına uğur gətirib. Komanda rəqib üzərində 5:2 hesablı qələbə qazanıb. Bu oyunlardan toplanan bütün vəsaiti monarx ailəsi xeyriyyə məqsədinə yönəldəcək.

Diqqəti cəlb edən fakt şahzadə Uilyamın xanımı Keyt Middltonun matça gəlməməsi olub. Qəribədir ki, o, evdə qalıb uşaqlara baxmağı üstün tutub.

Məsələ heç də təqdim edildiyi kimi uşaqların başqa adamın yanında qalmaq istəməməsi deyil. Yayılan söhbətlərə görə, Marklla Middlton heç cür ümumi dil tapa bilmir.

Cavan gəlinlər arasındakı rəqabət onların ərlərini əsəbləşdirir. Şahzadələr əvvəl hesab edirdilər ki, hər ikisi evləndikdən sonra onların ailələri mehriban olacaq və onlar birlikdə gözəl vaxt keçirəcəklər. Lakin hersoginyaların münasibəti vəziyyəti gərginləşdirir.

Yeri gəlmişkən, Amerika nəşri InTouchWeekly-nin yazdığına görə, Keyt ona əsəbiləşir ki, Meqan və Harrinin yeni imarəti kvadratmetrinə görə onların mənzilindən böyükdür.

Xəbər lenti
0