BAKI, 19 may — Sputnik. Bütün dünyanın “ilin nikahı” kimi gözlədiyi hadisə baş verib. Sputnik Azərbaycan-ın məlumatına görə, Böyük Britaniya şahzadəsi Harri və amerikalı aktrisa Meqan Markl Vindzor qəsrində nikaha giriblər.
Mərasimdə 2,6 min qonaq iştirak edib. Onların arasında bir çox məşhur şəxslər, eləcə də kral ailəsinin üzvləri olub. Müqəddəs Georgi kilsəsində nikah zamanı isə 600 nəfər iştirak edib.
Harri və Meqan and içdikdən sonra onlar ər-arvad elan ediliblər.
Qeyd edək ki, Böyük Britaniya kraliçası II Yelizaveta toydan əvvəl şahzadə Harriyə Sasseks hersoqu titulu verib. Beləliklə, Meqan Markl toydan sonra hersoqina olub. Aktrisa kinodakı karyerasından imtina edərək Britaniya vətəndaşlığı almaq niyyətindədir.
Qeyd edək ki, şahzadə Harri Böyük Britaniya taxt-tacının vəliəhdidir. O, taxta növbədə beşinci sıradadır.