02:58 27 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0630
DÜNYA
Qısa URL
157 0 0

Cinayət işi 1-2 mart 2008-ci il tarixlərində baş verən hadisələrlə bağlı işə əlavə edilib

BAKI, 3 iyul — Sputnik. Ermənistanın sabiq müdafiə naziri Mikael Arutyunyan 1 mart 2008-ci ildə baş verən hadisələrlə bağlı iş üzrə axtarışa verilib. Sputnik Ermənistan xəbər verir ki, bu barədə ölkənin Xüsusi İstintaq Komitəsi məlumat yayıb.

İyulun 3-ü 1-2 mart 2008-ci ildə baş verən hadisələrlə bağlı işi araşdıran istintaq qrupunun rəhbəri müdafiə naziri və digər şəxslərin Ermənistanın Konstitusiya quruluşunun zorakı yolla devirməklə bağlı cinayət işi qaldırıb.

Cinayət işi 1 və 2 mart 2008-ci il tarixlərində baş verən hadisələrlə bağlı işə əlavə edilib.

Sabiq müdafiə nazirinə qarşı hakimiyyətin qəsb edilməsi maddəsi üzrə iş başlayıb.

Qeyd edək 1-2 mart 2008-ci il tarixində Yerevanın mərkəzində 10 nəfər ölüb. Prezident seçkilərindən sonra Levon-Ter-Petrosyanın tərəfdarları Mərkəzi Seçki Komissiyasının nəticələrini tanımaqdan imtina ediblər və etiraz aksiyaları keçiriblər. Onlara qarşı döyüş silahları tətbiq olunub. Bu qanlı hadisənin təşkilatçıları və icraçılarından heç kim indiyə kimi cəzalandırılmayıb.

Əlaqədar

Ermənistan ordusunda korrupsiya sxeminin üstü açıldı, tutulanlar var
Rusiya Ermənistana müasir qırıcılar satıb, yoxsa yox?
Ermənistan ordusu Dağlıq Qarabağda hərbçisini itirdi
Ordumuzun əks-həmlə əməliyyatı Ermənistanı nokauta salıb

Əsas mövzular