BAKI, 3 iyul — Sputnik. Ermənistanın sabiq müdafiə naziri Mikael Arutyunyan 1 mart 2008-ci ildə baş verən hadisələrlə bağlı iş üzrə axtarışa verilib. Sputnik Ermənistan xəbər verir ki, bu barədə ölkənin Xüsusi İstintaq Komitəsi məlumat yayıb.
İyulun 3-ü 1-2 mart 2008-ci ildə baş verən hadisələrlə bağlı işi araşdıran istintaq qrupunun rəhbəri müdafiə naziri və digər şəxslərin Ermənistanın Konstitusiya quruluşunun zorakı yolla devirməklə bağlı cinayət işi qaldırıb.
Cinayət işi 1 və 2 mart 2008-ci il tarixlərində baş verən hadisələrlə bağlı işə əlavə edilib.
Sabiq müdafiə nazirinə qarşı hakimiyyətin qəsb edilməsi maddəsi üzrə iş başlayıb.
Qeyd edək 1-2 mart 2008-ci il tarixində Yerevanın mərkəzində 10 nəfər ölüb. Prezident seçkilərindən sonra Levon-Ter-Petrosyanın tərəfdarları Mərkəzi Seçki Komissiyasının nəticələrini tanımaqdan imtina ediblər və etiraz aksiyaları keçiriblər. Onlara qarşı döyüş silahları tətbiq olunub. Bu qanlı hadisənin təşkilatçıları və icraçılarından heç kim indiyə kimi cəzalandırılmayıb.