00:12 24 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0009
  • RUB0.0231
DÜNYA
Qısa URL
126 0 0

Duterte bu dəfə BMT nümayəndəsini hədəfə aldı

BAKI, 3 iyun — Sputnik. Filippin prezidenti Rodriqo Duterte BMT-nin xüsusi məruzəçisinə "cəhənnəm olmağı" təklif edib. Sputnik Azərbaycan xəbər verir ki, may ayında Filippin lideri ölkənin baş hakimi Mariya Lurdes Serenonu sərt tənqid edib. Daha sonra Duterte konstitusiyanı pozaraq hakimi vəzifəsindən kənarlaşdırıb.

BMT-nin hakimlərin və vəkillərin müstəqlliyi məsələləri üzrə xüsusi məruzəçisi Dieqo Qarsia-Sayan bu olayı tənqid edərək onu Filippində məhkəmənin müstəqilliyi üçün təhlükə adlandırıb. Filippin prezidenti cavabında Qarsia-Sayanın məruzəçi statusunu tanımadığını bəyan edib. 

"Ona deyin ki, ölkəmin işlərinə qarışmasın. Qoy cəhənnəm olsun", — Duterte deyib.

Əlaqədar

Obamanın anasına söyən Filippin prezidenti Tramp haqda nə dedi?
Filippində bazar yanıb: 4 uşaq həlak olub
Filippində konfetdən zəhərlənənlərin sayı 1500-ü keçib
Rusiyadan Filippinə böyük jest
Teqlər:
BMT, Mariya Lurdes Sereno, Dieqo Qarsia-Sayan, Rodriqo Duterte, Filippin

Əsas mövzular