Filippin prezidenti yenə qeyri-adi davranışı ilə gündəmə gəldi

© Sputnik / Sergey Guneyev / Mediabanka keçidРабочая поездка президента РФ В. Путина в Китай. День второй
Рабочая поездка президента РФ В. Путина в Китай. День второй - Sputnik Azərbaycan
Abunə olmaq
Duterte bu dəfə BMT nümayəndəsini hədəfə aldı

BAKI, 3 iyun — Sputnik. Filippin prezidenti Rodriqo Duterte BMT-nin xüsusi məruzəçisinə "cəhənnəm olmağı" təklif edib. Sputnik Azərbaycan xəbər verir ki, may ayında Filippin lideri ölkənin baş hakimi Mariya Lurdes Serenonu sərt tənqid edib. Daha sonra Duterte konstitusiyanı pozaraq hakimi vəzifəsindən kənarlaşdırıb.

BMT-nin hakimlərin və vəkillərin müstəqlliyi məsələləri üzrə xüsusi məruzəçisi Dieqo Qarsia-Sayan bu olayı tənqid edərək onu Filippində məhkəmənin müstəqilliyi üçün təhlükə adlandırıb. Filippin prezidenti cavabında Qarsia-Sayanın məruzəçi statusunu tanımadığını bəyan edib. 

"Ona deyin ki, ölkəmin işlərinə qarışmasın. Qoy cəhənnəm olsun", — Duterte deyib.

Xəbər lenti
0