06:21 21 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
DÜNYA
Qısa URL
413 0 0

HDQ daxilində fəaliyyət göstərən FETÖ şəbəkəsinə qarşı irimiqyaslı əməliyyat keçirilib

BAKI, 15 may — Sputnik. Türkiyədə Hərbi Dəniz Qüvvələrinin (HDQ) hərbçilərinə qarşı əməliyyat keçirilib. Sputnik Azərbaycan Anadolu agentliyinə istinadən xəbər verir ki, əməliyyat barədə qərarı Ankara Baş Prokurorluğu verib.

2048 oyunu
© Sputnik / Anar Mustafayev

Məlumata əsasən, Baş Prokurorluq FETÖ ilə əlaqəsi təsbit olunan HDQ-nin 34 hərbçisi haqqında həbs qərarı çıxarıb. Onlardan 31-i yüksək rütbəli hərbçidir.

Qeyd edək ki, ötən həftə də Türkiyə Silahlı Qüvvələrinin tərkibində fəaliyyət göstərən FETÖ şəbəkəsinə qarşı irimiqyaslı əməliyyat keçirilib. Əməliyyat İstanbul Baş Prokurorluğunun Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qərarı əsasında baş tutub.

Həmin prosesdə ümumilikdə 300 hərbçi saxlanılıb. Onlardan 211-i yüksək vəzifəli zabitdir. Saxlanılan 300 hərbçidən 150-si haqqında məhkəmənin hökmü ilə həbs qərarı verilib.

Əlaqədar

Qüds olayları ilə bağlı Türkiyə bu addımı atdı: Hökumət sözçüsü elan etdi...
Türkiyə ordusunun yüzlərlə hərbçisi tutuldu - Qəfil əməliyyat
Hava limanında "brilyant əməliyyatı" – VİDEO
Teqlər:
HDQ, Türkiyədə Hərbi Dəniz Qüvvələri, FETÖ, əməliyyat, hərbçi

Əsas mövzular