BAKI, 14 aprel — Sputnik. İstanbul Respublika Prokurorluğu “Fetullahçı Terror Təşkilatı”na (FETÖ) qarşı aparılan istintaq çərçivəsində təşkilatın bəzi üzvlərinin mobil telefonlara yüklənən və "2048 Fun and Relaxing Puzzle Game" oyunu kimi görünən yeni kriptoqrafik kommunikasiya proqramından istifadə etdiyini aşkarlayıb.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Respublika Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi FETÖ-nün Dəniz Qüvvələrində qurulmasına və təşkilatın bəzi hərbçi üzvlərinə cavabdeh olan “Engin” kod adlı E.K.-dan götürülmüş rəqəmsal məlumatlarda mühüm tapıntı aşkar edilib.
Rəqəmsal sübutların araşdırılması nəticəsində, ByLock kimi çox şifrəli kommunikasiya proqramlarından istifadə edən təşkilat üzvlərinin yeni kommunikasiya proqramından istifadə etdikləri müəyyən edilib.
Prokurorluq təşkilatın bəzi üzvlərinin Andorid və OS əməliyyat sistemlərinin quraşdırıldığı mobil telefonlara yeni "2048 Fun and Relaxing Puzzle Game" kriptoqrafik kommunikasiya proqramını yüklədiyini tapıb.
Qeyd edək ki, E.K.-nin tutulana qədər ictimai məktəbdə müəllimlik etdiyi və ByLock istifadəçisi olduğu müəyyənləşib.
Faktla bağlı cinayət işi açılıb.