00:35 21 Aprel 2018
Canlı yayım
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani

Tarixi görüş baş tutdu: Liderlər Ankarada nə qərara gəliblər?

© REUTERS / Tolga Bozoglu/Pool via Reuters
DÜNYA
Qısa URL
729 0 0

Görüş mətbuata qapalı şəkildə keçirilib

BAKI, 4 aprel — Sputnik. Ankarada tarixi görüş baş tutub. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Suriyada müharibənin sona çatması üçün irəli sürülən Astana sülh prosesinin üç zamin ölkəsinin rəhbərləri — Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya lideri Vladimir Putin və İranın dövlət başçısı Həsən Ruhani Ankarada görüşüblər.

Üçlü zirvə görüşündən öncə əvvəlcə dövlət rəhbərləri ayrı-ayrılıqda görüşüblər. Sonra üçtərəfli görüş başlayıb. Görüş mətbuata qapalı şəkildə keçirilib. Görüşdən sonra ilk açıqlama İrandan gəlib. İran Dövlət Televiziyasının məlumatına görə, Həsən Ruhani hazırda Türkiyənin nəzarətində olan Afrinin idarə edilməsinin Suriya Ordusuna verməyin laızm olduğunu bəyan edib.

Liderlərin görüş zamanı Suriyada atəşkəsin təmin edilməsi, Astana və Soçidə verilən qərarların yerinə yetirilməsi, yardımlar, normallaşma müddətinin başladılması və Türkiyənin Suriyada terrorla mübarizəsi mözvularını müzakirə etdikləri bildirilir.

Bəzi məlumatlara görə, Türkiyə, Rusiya və İran prezidentləri Suriyada sülhə nail olunması istiqamətində əməkdaşlığın davam etdirilməsinə dair Bəyanat imzalayıblar.

Görüşdən sonra liderlərin birgə mətbuat konfransı başlayıb.

Teqlər:
İran, Ankara, Rusiya, Türkiyə, görüş, bəyanat

Əsas mövzular