02:41 22 Aprel 2018
Canlı yayım
Ankara şəhəri

Türkiyədə gizli mərkəz yaradılır: Nüvə hücumu belə, təsir etməyəcək

© Sputnik / Anton Denisov
DÜNYA
Qısa URL
33220

Dövlətin strateji qurumlarındakı məlumatlar Ankarada yer altında qurulacaq gizli kompleksdə toplanacaq

BAKI, 25 mart — Sputnik. Ankarada çox gizli mərkəz yaradılır. Dövlətin strateji qurumlarındakı məlumatlar Ankarada yer altında qurulacaq gizli kompleksdə toplanacaq.

Sputnik Azərbaycan "Hürriyet"ə istinadla xəbər verir ki, Milli Dövlət İnteqrasiya Məlumat Mərkəzinə istənilən hücum ehtimalı sıfıra bərabər olacaq.

Bu mərkəz müharibə, təbii fəlakət, kiberhücum kimi fövqəladə vəziyyətlərdə belə dövlət qurumları arasında informasiya axınını təmin edəcək və yüksək şəkildə müdafiə olunacaq. Ankarada inşa ediləcək Məlumat Mərkəzi kritik dövlət qurumlarında olan həyati əhəmiyyətə malik məlumatların qorunmasını təmin edəcək.

OSIRIS-REx
© Foto : Conceptual Image Lab / Goddard Space Flight Center / NASA via AP

Mərkəz nüvə və elektromaqnit hücumlar zamanı belə, zərər görməyəcək.  308 min hektar sahədə qurulacaq strateji mərkəz mümkün nüvə, kimyəvi, bioloji və elektromaqnit hücum vəziyyətində müdafiə sistemini işə salaraq özünü ətraf aləmdən təcrid edəcək.

Mərkəzin yer altında qurulacaq "Zone-1" adlanan hissəsindəki şəxsi heyət, ətrafla bütün əlaqələr kəsilsə belə, hər hansı bir dəstəyə ehtiyac duymadan aylarla işləyə biləcək.

Mərkəzin yer altında qurulacaq Zone-1 adlı hissəsində şəxsi heyət yerləşdiriləcək
Mərkəzin yer altında qurulacaq "Zone-1" adlı hissəsində şəxsi heyət yerləşdiriləcək

Layihənin həyata keçiriləcəyi yer və ətrafı xüsusi sahə elan ediləcək, regionda mənzil və yaşayış sahələrinin tikintisinə icazə verilməyəcək. Milli təhlükəsizlik səbəbilə mərkəzin yerinin gizli saxlanılacaq. Ərazi Türkiyənin ən kritik kompleksi olacaq.

Kompleks 4 hissədən ibarət olacaq. Layihədə "Zone-1" adlanan hissə yer altında inşa ediləcək. Bu hissə, nüvə, elektromaqnit, kimyəvi və ya bioloji hücumlarda belə fasiləsiz işləyəcək. "Zone-1"də hər cür yaşayış sahəsi, anbar və tibb məntəqəsi yaradılacaq.

Teqlər:
strateji mərkəz, gizli, Ankara, Türkiyə

Əsas mövzular