NASA buna da əl atdı: Kosmik nüvə gəmisi yaradılır

© Photo : Conceptual Image Lab / Goddard Space Flight Center / NASA via APOSIRIS-REx
OSIRIS-REx - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
НовостиTelegram
Layihə rəhbəri: "Bizim əsas məqsədimiz yer kürəsini qorumaqdır"

BAKI, 20 mart — Sputnik. NASA mütəxəssisləri və ABŞ-ın nüvə qoşunları 8 tonluq Hammer kosmik gəmisi hazırlayırlar. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bu gəminin əsas tapşırığı yer kürəsinə yaxınlaşan və təhlükəsi olan asteroidləri hipersəs qurğuları və nüvə başlıqları ilə məhv etməkdir.

Milli laboratoriyanın işçisi və bu layihənin rəhbəri Kirsten Xouli açıqlamasında bildirib ki, bu gün yer kürəsinə düşən asteroidlərin elə də böyük təhlükəsi yoxdur. Amma gələcəkdə belə asteroidlərdən hansısa birinin böyük fəlakətə səbəb ola biləcəyi də istisna edilmir: "Biz kosmik təhlükəni maksimum zəiflətmək istəyirik. Bizim əsas məqsədimiz yer kürəsini qorumaq və təhlükəni sovuşdurmaqdır".

Xəbər lenti
0