19:39 22 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9270
Rusiya prezidenti Vladimir Putin, arxiv şəkli

Putindən ABŞ-a sərt ittiham: “Məsuliyyəti siz daşıyırsız”

© Sputnik / Sergey Guneyev
DÜNYA
Qısa URL
62 0 0

Rusiya lideri növbəti dəfə qeyd edib ki, Moskva ABŞ-dakı seçkilərə müdaxilə etmir

BAKI, 10 mart — Sputnik. Rusiya prezidenti Vladimir Putin ABŞ-ın mütəmadi olaraq Rusiyada seçkilərə müdaxilə etdiyini bildirib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, o bu barədə NBC News telekanalına müsahibəsində deyib.

"Biz bu yaxınlarda ABŞ nümayəndəliyi ilə çox yüksək səviyyədə danışmışıq. Demişik ki, siz hər zaman bizim siyasi həyatımıza müdaxilə edirsiniz. Təsəvvür edin, onlar bunu hətta inkar da etmir" – deyə dövlət başçısı bildirib.

Melaniya Tramp
© REUTERS / John Sommers II

Rusiya lideri növbəti dəfə qeyd edib ki, Moskva ABŞ-dakı seçkilərə müdaxilə etmir.

"Bizim prinsiplərimiz var. Bu ondan ibarətdir ki, biz heç kimə daxili işlərimizə müdaxilə etməyə icazə vermirik. Və biz başqalarının işlərinə qarışmırıq. Biz başqalarının işlərinə qarışmaqla hansısa məqsədlərimizə çatacağımızı düşünmürük. Bizim belə məqsədimiz yoxdur. Gəlin düşünək ki, biz qarşımıza müdaxilə etməyi qoymuşuq. Nəyə görə? Müdaxilə etməyə görəmi müdaxilə edək? Hansı məqsədlə?" – deyə o bildiirb.

Daha sonra dövlət başçısı Rusiya – Amerika münasibətlərinin pozulmasında məsuliyyətin ABŞ-ın daşıdığını bildirib.

Teqlər:
müdaxilə, ABŞ, ittiham, Rusiya prezidenti Vladimir Putin

Əsas mövzular