BAKI, 7 mart — Sputnik. Rusiya prezidenti Vladimir Putin ABŞ-ın birinci ledisini aldadıb.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Putin ABŞ-ın birinci ledisi Melaniya Trampı balıq tutmaq mövzusunda aldatdığını etiraf edib. Bu barədə "Dünya düzəni 2018" filmində ("Миропорядок 2018") filmində qeyd olunur.
ABŞ prezidentinin xanımı ilə söhbət 2017-ci ilin yayında Hamburqda G20 sammitində baş tutub. Putin orada Tramp ailəsinin üzvləri ilə görüşüb. Söhbətlərin birində mövzu Rusiya təbiəti olub. Prezident söhbətində Uzaq Şərqin pələngləri, Kamçatkanın ayıları və Sibirin balıqlarə haqqında danışıb.
"Əlbəttə bir qədər aldatmışam, balıq tutma haqqında danışanda aldatmamaq mümkün deyil" – deyə dövlət başçısı etiraf edib.
Xatırladaq ki, film dövlət başçısının bir neçə müsahibəsindən ibarətdir.