21:50 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
126 0 0

Netanyahu ABŞ prezidenti Donald Tramp ilə bir araya gəldikdən sonra Amerika İsrail İctimai İşlər Komitəsində çıxış edəcək

BAKI, 5 mart — Sputnik. İsrail baş naziri Binyamin  haqqındakı korrupsiya iddiaları və yaxın adamlarının istintaqa cəlb edilməsindən sonra dəstək tapmaq üçün ABŞ-a gedib.

Sputnik Azərbaycan "Akşam"a istinadla xəbər verir ki, Netanyahu ABŞ prezidenti Donald Tramp ilə bir araya gəldikdən sonra Amerika İsrail İctimai İşlər Komitəsində (AIPAC) çıxış edəcək.

Təxminən 20 min nümayəndəyə müraciət edəcək Netanyahunun çıxışının əsasını İranla nüvə müqaviləsi, eyni zamanda fələstinlilərlə sülh danışıqları təşkil edəcək.

Qeyd edək ki, barələrində korrupsiya araşdırması başlanılan İsrail baş nazirlərinin dəstək üçün ABŞ-a səfər etməsi ənənə halını alır. 2008-ci ildə haqqında korrupsiya araşdırması aparılan İsrailin keçmiş baş naziri Ehud Olmert də Vaşinqtona gedib. O, AIPAC nümayəndələrinə müraciət edərək çıxışı zamanı İrana qarşı əməliyyata başlanması çağırışını etmişdi. Ancaq Olmert bu çıxışından bir neçə həftə sonra istefa vermişdi və İsraildə seçki keçirilmişdi.

Netanyahunun Olmert ilə eyni aqibəti bölüşməmək üçün ABŞ-da keçirəcəyi görüşlərdə böyük səylər göstərəcəyi deyilir.

Teqlər:
Benyamin Netanyahu, ittiham, korrupsiya

Əsas mövzular