Netanyahu haqqında 7-ci korrupsiya istintaqı

© Sputnik / Sergey Guneyev / Mediabanka keçidİsrailin Baş naziri Benyamin Netanyahu
İsrailin Baş naziri Benyamin Netanyahu - Sputnik Azərbaycan
Abunə olmaq
Əgər Netanyahu haqqındakı rüşvət iddiaları təsdiqlənərsə, o, istefa verməyə məcbur olacaq

BAKI, 16 dekabr — Sputnik. İsrailin baş naziri Binyamin Netanyahu haqqındakı korrupsiya istintaqı çərçivəsində 7-ci dəfə polisə ifadə verib. Bu barədə Sputnik-in Türkiyə bürosu məlumat yayıb.

Yerli mətbuatın yazdığına görə, Netanyahu dünən axşam saatlarında Qüdsdəki ofisində polis tərəfindən sorğu-suala tutulub. O, keçən ay da evində hüquq-mühafizə orqanları tərəfindən istintaqa cəlb edilmişdi. Baş nazirin həyat yoldaşı Sara Netanyahu da bir neçə gün əvvəl polisə ifadə vermişdi.

Netanyahu barəsində iş adamlarından bahalı hədiyyələr almaq, media vasitəsilə öz lehinə yazılar dərc etdirmək və Almaniyadan gətirilən sualtı gəmilərin alqısı zamanı çirkli pulların yeyintisinə yol vermək iddiaları ilə iş açılıb.

Baş nazir özü isə sözügedən iddiaları rədd edərək özünə qarşı hakimiyyəti zorla devirmək planları hazırlandığını söyləyib.

Əgər Netanyahu haqqındakı rüşvət iddiaları təsdiqlənərsə, o, istefa verməyə məcbur olacaq.

Xəbər lenti
0