11:59 23 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.8816
Fələstin

Fələstin – İsrail qarşıdurması yenidən şiddətlənir

© Sputnik / Issam Al-Rimavi
DÜNYA
Qısa URL
38 0 0

İsrail hərbçiləri Fələstinin Qəzza bölgəsində ABŞ-ın Qüdslə bağlı qərarına etiraz əlaməti olaraq keçirilən aksiyalarda 22 fələstinlini yaralayıb

BAKI, 24 fevral — Sputnik. İsrail hərbçiləri Fələstinin Qəzza bölgəsində ABŞ-ın Qüdslə bağlı qərarına etiraz əlaməti olaraq keçirilən aksiyalarda 22 fələstinlini yaralayıb. Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Qedra bildirib.

Onun sözlərinə görə, 7 fələstinli Jabaliada, 6 nəfər Qəzzada, 5-i Bureijdə, 4 nəfər isə Han Yunus ərazisində yaralanıb.

Qeyd edək ki, artıq bir neçə aydır ABŞ rəhbərliyinin Təl-Əvivdəki səfirliyini Qüdsə köçürməsi qərarına etiraz olaraq Qəzzada etiraz aksiyaları keçirilir.

Xatırladaq ki, Birləşmiş Ştatlar prezidenti Donald Tramp ötən il Qüdsü İsrailin paytaxtı kimi tanıdığını açıqlayaraq İsraildəki səfirliyin Təl-Əvivdən Qüdsə köçürüləcəyini bildirib. BMT Baş Assambleyası ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına dair qərarının qəbuledilməz olması barədə qətnamə qəbul edib. Səsvermənin nəticələrinə əsasən, 128 dövlət sənədin lehinə, 9-u əleyhinə səs verib, 35 dövlət isə bitərəf qalıb. Qətnamənin əleyhinə ABŞ, İsrail, Qvatemala, Honduras, Marşal adaları, Mikroneziya, Nauru, Palau, Toqo səs verib.

Teqlər:
toqquşma, Fələstin, İsrail

Əsas mövzular