21:51 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
234 0 0

Sosial şəbəkə istifadəçilərinin çoxu evlilikdə bu qədər böyük yaş fərqini normal hesab etmir

BAKI, 18 dekabr — Sputnik. Türkiyə kino tarixində bu günədək çəkilən ən uğurlu filmlərdən olan "Hababam Sınıfı"-nın dəcəl İsmayılı — Ahmet Arıman özündən 39 yaş kiçik qadınla evlənib.

Ahmet Arıman və  Kader Kaynak
© Photo : NTV
Ahmet Arıman və Kader Kaynak

Sputnik Azərbaycan NTV-yə istinadən xəbər verir ki, 62 yaşlı aktyor 23 yaşlı Kader Kaynakla nikaha girib. Toy mərasimi dünən axşam keçirilib. Ancaq bu evliliyə yanaşmalar heç də birmənalı olmayıb. Sosial şəbəkə istifadəçilərinin çoxu evlilikdə bu qədər böyük yaş fərqini normal hesab etmir.

Ahmet Arıman və Kader Kaynak
© Photo : NTV
Ahmet Arıman və Kader Kaynak

"Hababam Sınıfı"-nın unudulmazları arasında yer alan aktyor Arıman media və internetdə haqlarında yazılanlara münasibət bildirib: "Mən də istəyərdim ki, evlənəcəyim insanla aramızda böyük yaş fərqi olmasın. Amma bu alın yazısıdır. Arxamızca bir çox şey deyilir, yazılır. Bizim içimiz çox rahatdır. Heç kəsə pisliyimiz dəyməyib".

Əlaqədar

Dünya kinosunun əfsanəsi əməliyyat olundu
Kinoteatr çökdü, yaralılar var
Bu ölkədə birinci Azərbaycan kinofestivalı keçiriləcək
Məşhur kinoaktyor karyerasını başa vurur
Kinomuzun Rüstəm bəyi
Teqlər:
əfsanə, "Hababam Sınıfı", evlilik, kino, Türkiyə

Əsas mövzular