BAKI, 18 dekabr — Sputnik. Türkiyə kino tarixində bu günədək çəkilən ən uğurlu filmlərdən olan "Hababam Sınıfı"-nın dəcəl İsmayılı — Ahmet Arıman özündən 39 yaş kiçik qadınla evlənib.
Sputnik Azərbaycan NTV-yə istinadən xəbər verir ki, 62 yaşlı aktyor 23 yaşlı Kader Kaynakla nikaha girib. Toy mərasimi dünən axşam keçirilib. Ancaq bu evliliyə yanaşmalar heç də birmənalı olmayıb. Sosial şəbəkə istifadəçilərinin çoxu evlilikdə bu qədər böyük yaş fərqini normal hesab etmir.
"Hababam Sınıfı"-nın unudulmazları arasında yer alan aktyor Arıman media və internetdə haqlarında yazılanlara münasibət bildirib: "Mən də istəyərdim ki, evlənəcəyim insanla aramızda böyük yaş fərqi olmasın. Amma bu alın yazısıdır. Arxamızca bir çox şey deyilir, yazılır. Bizim içimiz çox rahatdır. Heç kəsə pisliyimiz dəyməyib".