13:27 23 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR2.0024
Seyf əl-İslam Qəddafi, arxiv şəkli

Qəddafi geri qayıdır

© AFP 2018 / IMED LAMLOUM
DÜNYA
Qısa URL
215110

Hazırda Liviya böhran içindədir və ölkədə ikihakimiyyətlilik hökm sürür

BAKI, 16 dekabr — Sputnik. Liviyanın devrilərək qətlə yetirilən keçmiş lideri Müəmmar Qəddafinin oğlu prezident seçkilərində iştirak etmək fikrindədir. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Seyf əl-İslam prezidentliyiə namizədlik imkanlarını nəzərdən keçirir.

Məlumata görə, artıq Seyf əl-İslam Qəddafi öz proqramını hazırlayıb. Daha əvvəl ailənin vəkili açıqlama vermişdi ki, Seyf əl-İslam Liviya ərazisində siyasi fəaliyyətə başlayıb və ölkədə siyasi razılığa gəlmək niyyətindədir.

Xatırladaq ki, Qəddafi 2011-ci ildə devrildikdən sonra onun ailəsi və yaxınları da nəzarətdə idi. Üsyançılar Qəddafini və onun iki oğlunu öldürmüşdü. Seyf əl-İslam isə uzun müddət həbsdə qalandan sonra bu ilin iyununda “Abu Bakr as-Siddik” qruplaşması onu azadlığa buraxdığını elan etmişdi.

Hazırda Liviya böhran içindədir və ölkədə ikihakimiyyətlilik hökm sürür. Ölkənin şərqindəki Tobruk şəhərində xalq tərəfindən seçilən parlament, paytaxt Tripolidə isə BMT və AB-nin dəstəyi ilə yaradılan hökumət fəaliyyət göstərir.

Əlaqədar

Britaniyadan gecikmiş etiraf: "Qəddafinin devrilməsi səhv addım idi"
Qəddafinin xəncərini satarkən yaxalandı
Qəddafi: Liviyanı "Qərbin marionetkası" idarə edir
Muammər Qəddafinin oğluna edam cəzası verilib
İŞİD Qəddafinin şəhərini ələ keçirdi
Teqlər:
Seyf əl-İslam, oğul, Qəddafi, Liviya, hakimiyyət, prezident

Əsas mövzular