12:20 21 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.8859
Dollar

Dollarla bağlı həlledici qərara saatlar qaldı

© Sputnik / Mikhail Kutuzov
DÜNYA
Qısa URL
23802

Bu gün ABŞ Mərkəzi Bankının iki günlük dekabr iclası başa çatır

BAKI, 13 dekabr — Sputnik. Bu gün ABŞ Mərkəzi Bankının (FED) iki günlük dekabr iclası başa çatır. Sputnik Azərbaycan "Bloomberght"ə istinadla xəbər verir ki, FED-in bu axşamkı qərarı dolların durumuna həlledici təsir göstərəcək.

Mütəxəssislər bu toplantıda FED-in faiz artımına gedəcəyinə dair yekdik fikirdədirlər. Həmçinin 2018-ci il ərzində faiz artımının 3 dəfədən 4 dəfəyə qaldırılıb-qaldırılmayacağı da ən çox müzakirə olunan məsələlərdəndir.

FED-in dekabr iclasının yekunları bu gün Bakı vaxtı ilə 23.00-da açıqlanacaq. Bu toplantıda uçot dərəcəsinin 0,25 faiz artırılması gözlənilir.

Bundan əvvəlki iclasda FED uçot dərəcəsini dəyişməyərək illik 1-1,25% səviyyəsində saxlayıb. Dekabr iclasında uçot dərəcəsinin 1,25-1,5% həddinə çatdırılacağı ehtimal olunur.

Əlaqədar

FED-in protokolları açıqlandı
FED-də baş verənlər dolları zəiflədəcək
FED qərarını açıqladı
FED faizi artırdı, dollar isə ucuzlaşdı
FED uçot dərəcəsini artırıb
Teqlər:
dekabr iclası, faiz artımı, ABŞ Mərkəzi Bankı, uçot dərəcəsi, FED, dollar

Əsas mövzular