22:49 13 Dekabr 2017
Canlı yayım
Qüds

Fələstin ABŞ-dan imtina etdi: Daha vasitəçi ola bilməz

CC BY-SA 2.0 / Yair Aronshtam / View from Tower of David, Jerusalem
DÜNYA
Qısa URL
33 0 0

"Fələstin olaraq biz İsrail ilə sülh prosesi üzrə danışıqlarda ABŞ vasitəçiliyindən imtina edirik"

BAKI, 7 dekabr — Sputnik. ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarı bütün dünyada geniş əks-səda doğurub. Sputnik Azərbaycan xəbər verir ki, İsraili çıxmaq şərtilə bütün ölkələr bu qərarı pisləyib.

Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Misir, Fransa, Birləşmiş Millətlər Təşkilatı, Avropa Birliyi Trampın qərarını pisləyən açıqlama ilə çıxış edib. Hətta ABŞ-ın ənənəvi tərəfdaşı olan Böyük Britaniya belə, Trampın qərarı ilə razı olmadığını açıqlayıb.

Gözlənildiyi kimi ən sərt təpkini isə Fələstin administrasiyası göstərib. Fələstin prezidenti Mahmud Abbas ABŞ prezidentinin qərarını "İsrailin mükafatlandırılıması" kimi dəyərləndirib: "Bu qərar ABŞ-ın vasitəçilikdən çəkilməsi anlamına gəlir. Bu addım dünyada bitməyən savaşa yol açacaq. Onlar dini müharibə üçün bəhanə axtarırlar. Qüds Fələstin dövlətinin paytaxtıdır və heç kim, heç bir qərar Qüdsün ərəb şəhəri olmasını dəyişdirə bilməz".

Fələstinin Rusiyadakı səfiri Əbdül Hafiz Nofəl bəyan edib ki, ABŞ-ın vasitəçiliyindən imtina edirlər: "Fələstin olaraq biz İsrail ilə sülh prosesi üzrə danışıqlarda ABŞ vasitəçiliyindən imtina edirik".

Əlaqədar

Tramp Yaxın Şərqi qarışdıracaq qərarı verdi: “Qüds İsrailin paytaxtıdır”
Roma papası da Qüdsdən danışdı: “Narahatam”
Türkiyədən ABŞ-a növbəti Qüds xəbərdarlığı
ABŞ-la Səudiyyə Ərəbistanı arasında təhlükəli Qüds anlaşması
Türkiyədən sərt açıqlama: ABŞ Qüdsü İsrailin paytaxtı kimi tanısa....
Teqlər:
ABŞ prezidenti Donald Tramp, Mahmud Abbas, imtina, etiraz, Qüds, Fələstin, İsrail

Əsas mövzular