08:52 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
87410

Türkiyə ordusunun əməliyyata başlayacağını eşidən amerikalılar bölgəni tərk ediblər

BAKI, 30 noyabr — Sputnik. Türkiyədə dünən keçirilən Milli Təhlükəsizlik Şurasında (MTŞ) qəbul edilən qərar xaricdə ciddi reaksiya doğurub. Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, qərar Türkiyə Silahlı Qüvvələrinin əməliyyat keçirəcəyi ilə bağlıdır.

"PKK terror təşkilatının Suriya qolu olan YPG-nin nəzarətindəki Afrin bölgəsi suverenliyimiz üçün ciddi təhdiddir. Qərara alırıq ki, Afrin vilayəti terrordan təmizlənməlidir" — deyə MTŞ-nin yekun bəyanatında qeyd olunur.

Bu qərarın elan olunmasından 24 saat keçməmiş Suriyadakı ABŞ hərbi komandanlığı əsgərlərini Afrindən geri çəkib. Amerikalı əsgərlər Fərat çayının şərqinə keçiblər.

Müşahidəçilər amerikalıların bu addımını Türkiyə ordusunun Afrində əməliyyat keçirəcəyi ilə izah edirlər.

Qeyd edək ki, Türkiyə dəfələrlə YPG terrorçularına Fərat çayının şərqinə keçmələri üçün xəbərdarlıq edib. Lakin Ankaranın çağırışlarına qarşı tərəfdən müsbət cavab verilməyib.

Əlaqədar

Türkiyə ordusunun leksikonunda "Tanrı" kəlməsi yığışdırıldı
Türkiyə ordusunun rəhbəri Rusiyada
Azərbaycan ordusu döyüşə hazır vəziyyətə gətirildi
Yeni kiber ordu: 500 hakerlə müqavilə imzalandı
Özbək general Azərbaycan ordusunun silahları ilə tanış oldu
Onların ordusuna 1 milyard dollar veriləcək...
Teqlər:
MTŞ, Afrin bölgəsi, Milli Təhlükəsizlik Şurası, YPG, Türkiyə, terrorçu, ordu

Əsas mövzular