ABŞ ordusu türk əsgərinin qarşısında geri çəkildi

© REUTERS / Umit Bektas/File PhotoTürk tankları, arxiv şəkli
Türk tankları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə ordusunun əməliyyata başlayacağını eşidən amerikalılar bölgəni tərk ediblər

BAKI, 30 noyabr — Sputnik. Türkiyədə dünən keçirilən Milli Təhlükəsizlik Şurasında (MTŞ) qəbul edilən qərar xaricdə ciddi reaksiya doğurub. Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, qərar Türkiyə Silahlı Qüvvələrinin əməliyyat keçirəcəyi ilə bağlıdır.

Türkiyə Silahlı Qüvvələri - Sputnik Azərbaycan
Türk ordusu daxilində misli görünməmiş "təmizləmə" əməliyyatı başladı

"PKK terror təşkilatının Suriya qolu olan YPG-nin nəzarətindəki Afrin bölgəsi suverenliyimiz üçün ciddi təhdiddir. Qərara alırıq ki, Afrin vilayəti terrordan təmizlənməlidir" — deyə MTŞ-nin yekun bəyanatında qeyd olunur.

Bu qərarın elan olunmasından 24 saat keçməmiş Suriyadakı ABŞ hərbi komandanlığı əsgərlərini Afrindən geri çəkib. Amerikalı əsgərlər Fərat çayının şərqinə keçiblər.

Müşahidəçilər amerikalıların bu addımını Türkiyə ordusunun Afrində əməliyyat keçirəcəyi ilə izah edirlər.

Qeyd edək ki, Türkiyə dəfələrlə YPG terrorçularına Fərat çayının şərqinə keçmələri üçün xəbərdarlıq edib. Lakin Ankaranın çağırışlarına qarşı tərəfdən müsbət cavab verilməyib.

Xəbər lenti
0