Polis 1 milyon manatlıq “Xəncər əməliyyatı” keçirdi – Video

© AFP 2023 / YASIN AKGULTürk polisi, arxiv şəkli
Türk polisi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Kəsici alətlərin satışı internet vasitəsilə həyata keçirilirmiş

BAKI, 10 noyabr — Sputnik. Türkiyə polisi internetdə qanunsuz alverlə məşğul olanlara qarşı əməliyyat keçirib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, əməliyyat zamanı 5 nəfər saxlanılıb.

Polis, satış dəyəri 2 milyon lirədən çox (təxminən 1 milyon manat) olan və satılması qadağan edilmiş kəsici alətləri müsadirə edib. Ümumilikdə, 4 müxtəlif ünvanda əməliyyat keçirən polis, 21 min 714 ədəd kəsici aləti satışdan yığışdırıb. “Xəncər” adı verilən əməliyyat zamanı ələ keçirilən kəsici alətlər Əmniyyət Müdirliyinin bağında nümayiş olunub.

Xəbər lenti
0