BAKI, 10 noyabr — Sputnik. Türkiyə polisi internetdə qanunsuz alverlə məşğul olanlara qarşı əməliyyat keçirib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, əməliyyat zamanı 5 nəfər saxlanılıb.
Polis, satış dəyəri 2 milyon lirədən çox (təxminən 1 milyon manat) olan və satılması qadağan edilmiş kəsici alətləri müsadirə edib. Ümumilikdə, 4 müxtəlif ünvanda əməliyyat keçirən polis, 21 min 714 ədəd kəsici aləti satışdan yığışdırıb. “Xəncər” adı verilən əməliyyat zamanı ələ keçirilən kəsici alətlər Əmniyyət Müdirliyinin bağında nümayiş olunub.