06:48 21 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
DÜNYA
Qısa URL
27601

Saat 15:45-də AMB faiz qərarını açıqlayacaq

BAKI, 26 oktyabr — Sputnik. Bu gün Avropa Mərkəzi Bankının (AMB, ECB) toplantısı keçiriləcək. Sputnik Azərbaycan "Marja"ya istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 15:45-də AMB faiz qərarını açıqlayacaq, saat 16:30-da isə sədr Mario Draghi mətbuat konfransı keçirəcək. AMB-nin faiz dərəcəsini dəyişməyərək sıfırda saxlayacağı gözlənilir.

Avro, arxiv şəkli
© REUTERS / Dado Ruvic/Illustration/File Photo

Digər tərəfdən, istiqraz alışları ilə həyata keçirilən təşviq proqramının aylıq məbləğinin azaldılacağı gözlənilir. Həmçinin, mətbuat konfransında Avropa Mərkəzi Bankının monetar təşviq proqramından çıxışına dair detallar veriləcəyi gözlənilir. Buna bağlı olaraq avro dollar qarşısında bahalaşır. Bu səhər avro/dollar məzənnəsi 1.1824 səviyyəsinə qalxıb.

Avropa Mərkəzi Bankı avronun daha çox bahalaşmasını istəmir. Bir sıra analitiklər isə bildirirlər ki, Draghi bahalaşmanın önünə keçmək adına, "lazım olduğu təqdirdə təşviqlərin müddətinin uzadılacağı" açıqlamasını verəcək.

Zaman

Valyuta

Hadisə

Proqnoz

Əvvəlki

26 Oktyabr 2017

10:00

EUR

GFK İstehlakçı Güvən İndeksi

10,8

10,8

11:45

AUD

Avstraliya Mərkəz Bankı (RBA) sədrinin köməkçisi Debellenin çıxışı

 

 

15:45

EUR

Faiz Dərəcəsi Qərarı

0,00%

0,00%

15:45

EUR

Depozit faizi

-0,40%

-0,40%

16:30

USD

İşsizlik Müavinətlərindən Faydalanma Müraciətləri

235K

222K

16:30

EUR

Avropa Mərkəzi Bankının (ECB) Mətbuat  Konfransı

 

 

16:30

USD

Ticarət Balansı

-63,80B

-62,94B

18:00

USD

Gözlənilən Mənzil Satışları (Aylıq)

0,2%

-2,6%

18:30

USD

FOMC Üzvü Kashkari-nin Çıxışı

 

 

Əlaqədar

Dollar və avro bahalaşdı, yerli valyuta təhlükədə
Prezidentin bərbəri özündən 5 min avro az maaş alır
Teqlər:
Mario Draghi, Avropa Mərkəzi Bankı, AMB, faiz, avro

Əsas mövzular