BAKI, 26 oktyabr — Sputnik. Bu gün Avropa Mərkəzi Bankının (AMB, ECB) toplantısı keçiriləcək. Sputnik Azərbaycan "Marja"ya istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 15:45-də AMB faiz qərarını açıqlayacaq, saat 16:30-da isə sədr Mario Draghi mətbuat konfransı keçirəcək. AMB-nin faiz dərəcəsini dəyişməyərək sıfırda saxlayacağı gözlənilir.
Digər tərəfdən, istiqraz alışları ilə həyata keçirilən təşviq proqramının aylıq məbləğinin azaldılacağı gözlənilir. Həmçinin, mətbuat konfransında Avropa Mərkəzi Bankının monetar təşviq proqramından çıxışına dair detallar veriləcəyi gözlənilir. Buna bağlı olaraq avro dollar qarşısında bahalaşır. Bu səhər avro/dollar məzənnəsi 1.1824 səviyyəsinə qalxıb.
Avropa Mərkəzi Bankı avronun daha çox bahalaşmasını istəmir. Bir sıra analitiklər isə bildirirlər ki, Draghi bahalaşmanın önünə keçmək adına, "lazım olduğu təqdirdə təşviqlərin müddətinin uzadılacağı" açıqlamasını verəcək.
Zaman |
Valyuta |
Hadisə |
Proqnoz |
Əvvəlki |
26 Oktyabr 2017 |
||||
10:00 |
EUR |
GFK İstehlakçı Güvən İndeksi |
10,8 |
10,8 |
11:45 |
AUD |
Avstraliya Mərkəz Bankı (RBA) sədrinin köməkçisi Debellenin çıxışı |
|
|
15:45 |
EUR |
Faiz Dərəcəsi Qərarı |
0,00% |
0,00% |
15:45 |
EUR |
Depozit faizi |
-0,40% |
-0,40% |
16:30 |
USD |
İşsizlik Müavinətlərindən Faydalanma Müraciətləri |
235K |
222K |
16:30 |
EUR |
Avropa Mərkəzi Bankının (ECB) Mətbuat Konfransı |
|
|
16:30 |
USD |
Ticarət Balansı |
-63,80B |
-62,94B |
18:00 |
USD |
Gözlənilən Mənzil Satışları (Aylıq) |
0,2% |
-2,6% |
18:30 |
USD |
FOMC Üzvü Kashkari-nin Çıxışı |
|
|