13:38 23 Oktyabr 2017
Canlı yayım
Türk hərbçiləri Reyhanlıda, 13 oktyabr 2017-ci il

Suriyada Türkiyə hərbçilərinin ilk görüntüləri yayıldı

© REUTERS/ Osman Orsal
DÜNYA
Qısa URL
27 0 0

İdlibdə Türkiyə Silahlı Qüvvələri 12 oktyabr 2017 tarixindən etibarən müşahidə məntəqələrinin təşkili fəaliyyətinə başlayıb

BAKI, 13 oktyabr — Sputnik. Suriyanın İdlib şəhərindən Türkiyə hərbçilərinin ilk görüntüləri yayıldı.

Sputnik Azərbaycan "Sözcü"yə istinadla xəbər verir ki, türkiyə hərbçiləri suriyalılar tərəfindən sevinclə qarşılanıb.

Bu arada Türkiyə Silahlı Qüvvələrindən açıqlama verilib. Açıqlamada "Regionda müşahidə məntəqələri yaradılmağa başlandı" deyilib.

Baş Qərargahdan verilən açıqlamada bildirilib ki, Astana prosesi çərçivəsində atəşkəsin davamını təmin etmək, humanitar yardımların ehtiyac sahiblərinə çatdırmaq və s. təmin etmək məqsədilə İdlibdə Türkiyə Silahlı Qüvvələri 12 oktyabr 2017 tarixindən etibarən müşahidə məntəqələrinin təşkili fəaliyyətinə başlayıb.

Əsas mövzular