BAKI, 13 oktyabr — Sputnik. Suriyanın İdlib şəhərindən Türkiyə hərbçilərinin ilk görüntüləri yayıldı.
Sputnik Azərbaycan "Sözcü"yə istinadla xəbər verir ki, türkiyə hərbçiləri suriyalılar tərəfindən sevinclə qarşılanıb.
Bu arada Türkiyə Silahlı Qüvvələrindən açıqlama verilib. Açıqlamada "Regionda müşahidə məntəqələri yaradılmağa başlandı" deyilib.
Baş Qərargahdan verilən açıqlamada bildirilib ki, Astana prosesi çərçivəsində atəşkəsin davamını təmin etmək, humanitar yardımların ehtiyac sahiblərinə çatdırmaq və s. təmin etmək məqsədilə İdlibdə Türkiyə Silahlı Qüvvələri 12 oktyabr 2017 tarixindən etibarən müşahidə məntəqələrinin təşkili fəaliyyətinə başlayıb.