02:31 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
22 0 0

Əməliyyata zirehli texnika da cəlb olunub

BAKI, 13 oktyabr — Sputnik. Türkiyə, Rusiya və İran arasında əldə edilən razılaşma çərçivəsində, təhlükəsizlik bölgəsi elan edilən Suriyanın İdlib şəhərində hərbi əməliyyatlar davam edir. Sputnik Azərbaycan "Milliyet"ə istinadla xəbər verir ki, kəşfiyyat işləri ilə bağlı dünən gecə Türkiyənin xüsusi təyinatlıları və zirehli maşınları İdlib ərazisinə daxil olub.

Sərhədi keçən şəxsi heyət və zirehli texnikanın sayına dair isə fərqli məlumatlar var. Bəzi mənbələrə görə, 12 zirehli maşın və 80-ə yaxın xüsusi təyinatlı sərhədi keçib. Bundan başqa, gecə saatlarında 15 tank da sərhədə yerləşdirilib.

Digər tərəfdən, BMT-nin 25 yardım TIR-ı da Türkiyə ərazisindən Suriyaya keçib. BMT səlahiyyətliləri yardımın İdlibdə yaşayan dinc əhaliyə paylanılacağını açıqlayıb.

Əlaqədar

ABŞ nümayəndə heyəti Türkiyəyə gəlir
ABŞ-Türkiyə gərginliyində yeni gəlişmə
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub
Separatçıların lideri sərt danışdı: "Türkiyədə belə bir hadisə baş verərsə..."
Teqlər:
xüsusi təyinatlılar, hərbi əməliyyatlar, İdlib, Suriya, Türkiyə, zirehli maşınlar

Əsas mövzular