23:24 14 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8752
Офицер полиции США, архивное фото

Naməlum şəxs iki polis zabitini güllələyib

© AFP 2019 / JIM WATSON
DÜNYA
Qısa URL
60 0 0

Hazırda polis əməkdaşları ilə hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açan cinayətkar arasında atışma gedir.

BAKI, 23 sentyabr — Sputnik. ABŞ-da naməlum şəxs iki polis zabitini güllələyib.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, insident Konnektikut ştatının Nyu-Haven şəhərində baş verib.

Məlumata görə, hazırda polis əməkdaşları ilə hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açan cinayətkar arasında atışma gedir.

Yaralanan polislərin həyatı üçün təhlükənin olmadığı, onların xəsarətinin yüngül olduğu bildirilir.

Polisdən bildiriblər ki, zabitlər — Erik Pasino və Skott Şumvey qollarından güllə yarası alıblar və onlar tamamilə sağalacaqlar.

Polislər yerli vaxtla səhər saat 10:30 radələrində Elm küçəsində bir qadının güllələndiyi barədə məlumat alandan sonra hadisə yerinə gəliblər. Qadın qolundan, kürəyindən və sinəsindən güllə yaraları alıb. O, təcili xəstəxanaya çatdırılıb.

Qadın bildirib ki, ona yolun o tayındakı evdən atəş açıblar. Polislər göstərilən ünvana gedəndə şübhəli şəxs onları da atəşə tutub və müqavimət göstərib.

Əlaqədar

Polis rəisi kabinetində ölü tapıldı
Dörd polis əməkdaşı qətlə yetirildi
Teqlər:
Konnektikut, güllələnmə, polis, ABŞ

Əsas mövzular