09:27 20 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9479
KXDR prezidenti Kim Çen İn

Şimali Koreyadan ABŞ-ı qorxudan açıqlama gəldi

© Foto : KCNA/via REUTERS
DÜNYA
Qısa URL
144 0 0

O, raket sınağını ABŞ-ın Guam adasını vurmağa hazırlıq kimi dəyərləndirib

BAKI, 30 avqust — Sputnik. Şimali Koreyadan Amerika Birləşmiş Ştatlarını qorxudacaq açıqlama gəlib. Sputnik xəbər verir ki, açıqlamanı şəxsən KXDR prezidenti Kim Çen İn verib.

O, Yaponiyanın hava məkanını pozaraq Sakit okeana atdıqları nüvə başlıqlı raket sınağını ABŞ-ın Guam adasını vurmağa hazırlıq kimi dəyərləndirib.

Məlumata görə, sözügedən raket sınağı prezidentin nəzarətində baş tutub.

Xatırladaq ki, iki gün öncə Ş.Koreya ordusu Yaponiya üzərindən Sakit okeana nüvə başlıqlı raket sınağını həyata keçirmiş, sınaq ABŞ başda olmaqla bütün dünyada, o cümlədən Pxenyan ilə yaxın əlaqələri olan Rusiya və Çində də böyük narahatlığa və etiraza səbəb olmuşdu.

Əlaqədar

Şimali Koreya 3 ballistik raket atıb, heç bir hədəfə çatmayıb
Rusiyadan ABŞ-la Şimali Koreyaya "səviyyə" açıqlaması
Koreya böhranı: Məsələdən qan iyi gəlsə də...
Şimali Koreya ABŞ-ı vuracağı tarixi açıqladı
Şimali Koreya dünyanı növbəti dəfə təhdid etdi
Teqlər:
nüvə sınağı, Guam adası, Kim Çen In, ballistik raket, Şimali Koreya, Amerika Birləşmiş Ştatları

Əsas mövzular