BAKI, 30 avqust — Sputnik. Şimali Koreyadan Amerika Birləşmiş Ştatlarını qorxudacaq açıqlama gəlib. Sputnik xəbər verir ki, açıqlamanı şəxsən KXDR prezidenti Kim Çen İn verib.
O, Yaponiyanın hava məkanını pozaraq Sakit okeana atdıqları nüvə başlıqlı raket sınağını ABŞ-ın Guam adasını vurmağa hazırlıq kimi dəyərləndirib.
Məlumata görə, sözügedən raket sınağı prezidentin nəzarətində baş tutub.
Xatırladaq ki, iki gün öncə Ş.Koreya ordusu Yaponiya üzərindən Sakit okeana nüvə başlıqlı raket sınağını həyata keçirmiş, sınaq ABŞ başda olmaqla bütün dünyada, o cümlədən Pxenyan ilə yaxın əlaqələri olan Rusiya və Çində də böyük narahatlığa və etiraza səbəb olmuşdu.