18:27 23 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8906
Venesuelada anti-hökumət aksiyaları

Amerika qitəsi qanla çalxalanır: 121 ölü, 1958 yaralı

© REUTERS / Carlos Garcia Rawlins
DÜNYA
Qısa URL
32 0 0

Baş prokuror: "Ölkə diktator ambisiyaları ilə üz-üzə qalıb"

BAKI, 1 avqust — Sputnik. Venesuelada aprel ayının 4-də başlayan və hələ də davam edən anti-hökumət aksiyalarında ölənlərin sayı 121 nəfərə çatıb. Sputnik Azərbaycan "Life.ru"-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş prokuroru Luiza Orteqa məlumat verib.

O, 2 minə yaxın insanın da müxtəlif bədən xəsarəti aldığını söyləyib: "Aprelin əvvəlindən davam edən iğtişaşlar zamanı ölənlərin sayı 121 nəfərə çatıb. 1958 nəfər də yaralanıb. Təkcə Konstitusiya Assambleyasına keçirilən seçkilər ərəfəsində 10 nəfər dünyasını dəyişib".

Bununla belə, Luiza Orteqa, Konstitusiya Assambleyasına keçirilən seçkiləri tanımadığını da bəyan edib: "Bu seçki qanunsuzdur. Venesuela diktator ambisiyaları ilə üz-üzə qalıb".

Əlaqədar

Venesuelada vəziyyət daha da pisləşdi
Natiq Cəfərli: Venesuelada gedən proseslər neftin qiyməti ilə bağlıdır
Azərbaycan və Venesuela arasında rəsmi sənədlər imzalanıb
Venesuela prezidenti Azərbaycandadır
Teqlər:
Konstitusiya Assambleyası, Baş prokuror Luiza Orteqa, anti-hökumət aksiyaları, ölən, Venesuela

Əsas mövzular