BAKI, 1 avqust — Sputnik. Venesuelada aprel ayının 4-də başlayan və hələ də davam edən anti-hökumət aksiyalarında ölənlərin sayı 121 nəfərə çatıb. Sputnik Azərbaycan "Life.ru"-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş prokuroru Luiza Orteqa məlumat verib.
O, 2 minə yaxın insanın da müxtəlif bədən xəsarəti aldığını söyləyib: "Aprelin əvvəlindən davam edən iğtişaşlar zamanı ölənlərin sayı 121 nəfərə çatıb. 1958 nəfər də yaralanıb. Təkcə Konstitusiya Assambleyasına keçirilən seçkilər ərəfəsində 10 nəfər dünyasını dəyişib".
Bununla belə, Luiza Orteqa, Konstitusiya Assambleyasına keçirilən seçkiləri tanımadığını da bəyan edib: "Bu seçki qanunsuzdur. Venesuela diktator ambisiyaları ilə üz-üzə qalıb".