15:55 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
12010

Yeddi baldan artıq zəlzələ olacağı təqdirdə, 600 minə yaxın ev dağılacaq

BAKI, 1 iyun — Sputnik. Türkiyənin ekologiya və şəhərsalma üzrə naziri Mehmet Özhaseki, hökumətə mümkün zəlzələlərlə bağlı hesabat verib. Sputnik Azərbaycan "Sözcü"-yə istinadən xəbər verir ki, nazir hesabatında, İstanbulda 7 baldan artıq zəlzələ olacağı təqdirdə, 600 minə yaxın evin dağılacağını deyib.

Türkiyənin ekologiya və şəhərsalma üzrə naziri Mehmet Özhaseki
© Photo : DHA
Türkiyənin ekologiya və şəhərsalma üzrə naziri Mehmet Özhaseki

Mehmet Özhaseki qabaqlayıcı tədbirlər üçün işlər görüldüyünü, 15 il ərzində tək İstanbulda yox, ümumilikdə Türkiyədə zəlzələyə davamsız bina qalmayacağını bildirib: "Təkcə İstanbulda 150-200 min qəzalı bina var. Bunların restavrasiyası və ya yeniləri ilə əvəz olunması üçün işlər görülür".

Ekologiya naziri sonda əlavə edib ki, 2030-cu ilə qədər İstanbul və ətraf bölgələr üçün güclü yeraltı təkan gözlənilir: "Bu barədə elm adamları açıqlama veriblər. Biz də bu böyük fəlakətdən ən az zərərlə çıxmaq üçün var gücümüzlə çalışırıq".

Əlaqədar

Güclü zəlzələ baş verdi
İranda güclü zəlzələ nəticəsində yüzlərlə insan xəsarət alıb
Zəlzələ bu rayonumuzda vahiməyə səbəb oldu
Daha bir bölgəmizdə zəlzələ hiss olunub
Saatlı rayonunda zəlzələ olub
Zəlzələ nəticəsində 180 bina dağıldı
Türkiyədə növbəti FETÖ "zəlzələsi"
Teqlər:
Mehmet Özhaseki, ekologiya və şəhərsalma üzrə nazir, bina, zəlzələ, Türkiyə

Əsas mövzular