15:44 21 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Cənubi Koreyanın paytaxtı Seul, arxiv şəkli

Cənubi Koreyada növbədənkənar prezident seçkiləri keçirilir

© Sputnik / Рамиль Ситдиков
DÜNYA
Qısa URL
26 0 0

Qələbəyə əsas namizəd Demokrat partiyasının təmsilçisi Mun Çje İndir

BAKI, 9 may — Sputnik. Cənubi Koreyada növbədənkənar prezident seçkilərinə start verilib.

APA-nın verdiyi xəbərə görə, prezident postuna 13 nəfərin namizədliyi irəli sürülüb.

Rəy sorğularına əsasən, qələbəyə əsas namizəd Demokrat partiyasının təmsilçisi Mun Çje İndir. Onu respondentlərin 42,4%-i dəstəkləməyə hazırdır. Mərkəzçi “Xalq partiyası” An Çxol Su və mühafizəkar siyasi qüvvələrin namizədi Xon Çjun Pxönun reytinqləri 19%-ə yaxındır. Səsvermə yerli vaxtla saat 20:00-da başa çatacaq.

Martın 10-da Cənubi Koreyanın Konstitusiya Məhkəməsi prezident Pak Kın Xenin impiçmentini təsdiqləyib. O rüşvətxorluqda, hakimiyyətdən sui-istifadədə və məxfi məlumatları rəfiqəsi Tsoy Sun Silə ötürməkdə ittiham olunur. Tsoy Sun Sil prezidentlə yaxınlığından istifadə edərək Cənubi Koreya korporasiyalarından iri məbləğdə pul vəsaitləri tələb etməkdə şübhəli bilinir.

Əlaqədar

Koreyanın cəhdi uğursuz oldu
Koreya yarımadasında gərginlik pik həddə çatıb
Donald Tramp: "Şimali Koreya başına bəla axtarır"
Şimali Koreyanı "əzmək" planı Trampa təqdim olundu
Teqlər:
Prezident seçkiləri, Konstitusiya Məhkəməsi, Tsoy Sun Sil, An Çxol Su, Mun Çje İn, Pak Kın Xe, Cənubi Koreya

Əsas mövzular