Cənubi Koreyada növbədənkənar prezident seçkiləri keçirilir

© Sputnik / Рамиль Ситдиков / Mediabanka keçidCənubi Koreyanın paytaxtı Seul, arxiv şəkli
Cənubi Koreyanın paytaxtı Seul, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qələbəyə əsas namizəd Demokrat partiyasının təmsilçisi Mun Çje İndir

BAKI, 9 may — Sputnik. Cənubi Koreyada növbədənkənar prezident seçkilərinə start verilib.

APA-nın verdiyi xəbərə görə, prezident postuna 13 nəfərin namizədliyi irəli sürülüb.

Rəy sorğularına əsasən, qələbəyə əsas namizəd Demokrat partiyasının təmsilçisi Mun Çje İndir. Onu respondentlərin 42,4%-i dəstəkləməyə hazırdır. Mərkəzçi “Xalq partiyası” An Çxol Su və mühafizəkar siyasi qüvvələrin namizədi Xon Çjun Pxönun reytinqləri 19%-ə yaxındır. Səsvermə yerli vaxtla saat 20:00-da başa çatacaq.

Martın 10-da Cənubi Koreyanın Konstitusiya Məhkəməsi prezident Pak Kın Xenin impiçmentini təsdiqləyib. O rüşvətxorluqda, hakimiyyətdən sui-istifadədə və məxfi məlumatları rəfiqəsi Tsoy Sun Silə ötürməkdə ittiham olunur. Tsoy Sun Sil prezidentlə yaxınlığından istifadə edərək Cənubi Koreya korporasiyalarından iri məbləğdə pul vəsaitləri tələb etməkdə şübhəli bilinir.

Xəbər lenti
0