23:50 16 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0077
  • RUB0.0235
DÜNYA
Qısa URL
Türkiyə-Avropa gərginliyi (24)
87 0 0

Alman spiker: "İki ölkə arasındakı mövcud gərginlik vəziyyətində Adana vilayətindəki İncirlik hərbi bazasında qulluq edən əsgərlərimizin həyatı təhlükədədir"

BAKI, 13 mart – Sputnik. Almaniya Federal Məclisinin Xarici və təhlükəsizlik siyasəti komitəsinin sözçüsü Florian Hahn, Türkiyədəki alman əsgərlərin həyati təhlükəsi olduğunu deyib. Sputnik Azərbaycan bu barədə Timeturk-ə istinadən xəbər verir. 

“İki ölkə arasındakı mövcud gərginlik vəziyyətində Adana vilayətindəki İncirlik hərbi bazasında qulluq edən əsgərlərimizin həyatı təhlükədədir. Türkiyə dövlətinin oradakı alman əsgərlərini lazımınca qoruya biləcəyinə inanmırıq” – Florian Hahn bildirib.

“Ona görə də, hesab edirik ki, əsgərlərimiz təcili oradan köçürülsün” – deyə sözçü əlavə edib. 

Xatırladaq ki, Berlin hökuməti türk dövlət rəsmilərinin Almaniyadakı türk vətəndaşları ilə görüşünü əngəlləmiş, daha sonra rəsmi Ankaranın ciddi təzyiqlərindən sonra görüşə icazə vermişdi.

Mövzu:
Türkiyə-Avropa gərginliyi (24)

Əlaqədar

Ekspert: "Almaniya Türkiyəyə verdiyi sözü tutmadı”
Nazir: “Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən mühüm tərəfdaşıdır”
Almaniyadan Türkiyəyə çağırış
Alman kanslerin sözçüsündən Ərdoğana sərt cavab
Teqlər:
Türkiyə, Almaniya, Berlin, Adana, Ankara, Florian Hahn, Almaniya Federal Məclisi, İncirlik hərbi bazası

Əsas mövzular