BAKI, 13 mart – Sputnik. Almaniya Federal Məclisinin Xarici və təhlükəsizlik siyasəti komitəsinin sözçüsü Florian Hahn, Türkiyədəki alman əsgərlərin həyati təhlükəsi olduğunu deyib. Sputnik Azərbaycan bu barədə Timeturk-ə istinadən xəbər verir.
“İki ölkə arasındakı mövcud gərginlik vəziyyətində Adana vilayətindəki İncirlik hərbi bazasında qulluq edən əsgərlərimizin həyatı təhlükədədir. Türkiyə dövlətinin oradakı alman əsgərlərini lazımınca qoruya biləcəyinə inanmırıq” – Florian Hahn bildirib.
“Ona görə də, hesab edirik ki, əsgərlərimiz təcili oradan köçürülsün” – deyə sözçü əlavə edib.
Xatırladaq ki, Berlin hökuməti türk dövlət rəsmilərinin Almaniyadakı türk vətəndaşları ilə görüşünü əngəlləmiş, daha sonra rəsmi Ankaranın ciddi təzyiqlərindən sonra görüşə icazə vermişdi.