00:35 12 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8853
Mövlud Çavuşoğlu

Türk nazir: "Bizə qarşı bu addım çox ağır nəticələr doğurar"

© REUTERS / Umit Bektas
DÜNYA
Qısa URL
Türkiyə-Avropa gərginliyi (24)
2730

Hollandiyanın uçuş icazəsini ləğv etməsi ehtimalının olduğunu ifadə edən nazir Çavuşoğlu, "Çox ağır nəticələr doğurar, ağır sanksiyalar tətbiq edərik. Ziyarət səbəbiylə təzyiq artacaqsa, artsın" dedi

BAKI, 11 mart-Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Hollandiyanın açıq şəkildə etrirazına baxmayaraq bu gün Rotterdam şəhərinə gedəcəyini açıqladı.

Sputnik Azərbaycan “sözcü”yə istinadla xəbər verir ki, Çavuşoğlu Hollandiyada təşkil etmək istədiyi referendum sessiyasının ləğv edilməsinə baxmayaraq, Rotterdam şəhərinə getmə məsələsində israrlıdır. “CNN Türk”ün canlı yayımına çıxan Çavuşoğlu bu gün Rotterdama gedəcəyini açıqladı.

Hollandiyanın uçuş icazəsini ləğv etməsi ehtimalının olduğunu ifadə edən nazir Çavuşoğlu, "Çox ağır nəticələr doğurar, ağır sanksiyalar tətbiq edərik. Ziyarət səbəbiylə təzyiq artacaqsa, artsın" dedi.

Türkiyənin xarici işlər nazirinin Hollandiyada təşkil etmək istədiyi referendum toplantıları ləğv edilmişdi. Hollandiya baş naziri Mark Rutte də dünən siyasi toplantı keçirilməsini istəmədiyini ifadə edərək, "Məsələ Hollandiyaya gəlməsi deyil. Maurithuis Muzeyini, ya da bu mövsümdə açılan lalələri görməyə gələ bilər. Amma (siyasi) toplantılar keçirməsini istəmirik" demişdi.

Mövzu:
Türkiyə-Avropa gərginliyi (24)

Əlaqədar

Almaniyadan Türkiyəyə çağırış
Alman kanslerin sözçüsündən Ərdoğana sərt cavab
"Almaniya terrora dəstəkdən mühakimə olunmalıdır"
Teqlər:
Maurithuis Muzeyi, Mark Rutte, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Rotterdam, Hollandiya

Əsas mövzular