BAKI, 11 mart-Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Hollandiyanın açıq şəkildə etrirazına baxmayaraq bu gün Rotterdam şəhərinə gedəcəyini açıqladı.
Sputnik Azərbaycan “sözcü”yə istinadla xəbər verir ki, Çavuşoğlu Hollandiyada təşkil etmək istədiyi referendum sessiyasının ləğv edilməsinə baxmayaraq, Rotterdam şəhərinə getmə məsələsində israrlıdır. “CNN Türk”ün canlı yayımına çıxan Çavuşoğlu bu gün Rotterdama gedəcəyini açıqladı.
Hollandiyanın uçuş icazəsini ləğv etməsi ehtimalının olduğunu ifadə edən nazir Çavuşoğlu, "Çox ağır nəticələr doğurar, ağır sanksiyalar tətbiq edərik. Ziyarət səbəbiylə təzyiq artacaqsa, artsın" dedi.
Türkiyənin xarici işlər nazirinin Hollandiyada təşkil etmək istədiyi referendum toplantıları ləğv edilmişdi. Hollandiya baş naziri Mark Rutte də dünən siyasi toplantı keçirilməsini istəmədiyini ifadə edərək, "Məsələ Hollandiyaya gəlməsi deyil. Maurithuis Muzeyini, ya da bu mövsümdə açılan lalələri görməyə gələ bilər. Amma (siyasi) toplantılar keçirməsini istəmirik" demişdi.