BAKI, 11 dek-Sputnik. İstanbuldakı Maçka Parkında bu axşam şiddətli partlayış baş verib.
Sputnik Türkiye xəbər verir ki, partlayışdan sonra hadisə yerinə çox sayda xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib.
Partlayışdan sonra rəsmi açıqlama verən Türkiyənin daxili işlər naziri Süleyman Soylu 20-yə yaxın yaralının olduğunu bildirib.
Baş nazir Binəli Yıldırımın, Vodafone Arenada baş verən partlayışla bağlı Süleyman Soylu və İstanbul valisi Vasip Şahindən məlumat aldığı bildirildi.
— Ahmad M. Yassine (@Lobnene_Blog) 10 декабря 2016 г.
— RT (@RT_com) 10 декабря 2016 г.
— Conflict News (@Conflicts) 10 декабря 2016 г.
İstanbulun Dolmabahçe səmtində şiddətli bir partlayış meydana gəlib. Partlayışdan sonra silah səsləri eşidilib.
Patlayışın Maçka Parkı yaxınlığında meydana gəldiyi irəli sürülüb.
Beşiktaş iştirakı ilə futbol matçının başa çatmasından sonra tərəfdarların dağılışdığı saatlarda baş verən patlayışın bomba yüklü bir avtomobillə həyata keçirildiyi ehtimal edilir.
Patlayışın çevik qüvvələrə aid avtobusa qarşı həyata keçirildiyi bildirilir. Olayda yaralılar olsa da, hələlik insan tələfatı barədə məlumat yoxdur.